Səhiyyə naziri Teymur Musayev gözəllik anlayaşının insanlara doğru çatdırılması üçün həm də Mədəniyyət Nazirliyindən böyük dəstək gözləyir. Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
"Gəlin millətimizi bu sahədə maarifləndirək. Gözəllik anlayışı nə deməkdir bunu düzgün çatdıraq. Gözəllik anlayışının tarixinə baxaq. Milli xüsusiyyətlərimizə görə gözəllik standartları nə deməkdir onları düzgün çatdıraq. Bu işdə tək Səhiyyə Nazirliyi və siz jurnalistlər yox, həm də böyük dəstəyi Mədəniyyət Nazirliyindən görəcəyimizə ümid edirik. Əlaqələr genişləndikcə insanların məlumatı artdıqca yalnış süni gözəllik standartları insanlara təqdim olunur. Tələb təklif doğurur. Elə etməliyik ki, insanlar sağlam olduğu halda gözəllik qubanları olmasınlar", - nazir bildirib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !