ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Afina Onasio Xəstəxanasına çatdırılan nazirin ürək damarlarında daralma təsbit edilib və təcili əməliyyata alınıb.
Yunanısatn dövlətçilik tarixində ilk əlil nazir olan Kurublisin ürəyinə iki stend transfer olunub və iki gün sonra xəstəxanadan evə çıxarılacağı bildirilir.
Uşaq illərində II Dünya Müharibəsindn qalma əl bombasının partlaması nəticəsində gözlərini itirən P.Kurublis ölkədə keçirilən 25 yanvar seçkisindən sonra SYRİZA hökumətinin tərkibinə daxil edilib.
Türkiyədən Yunanıstaba köçən rum köklü ailənin nümayəndəsi olan Kurublis sosial elmlər professor, həm də vəkildir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !