Səhiyyə Nazirliyi tabeliyində olan səhiyyə müəssisələrindəki vakant yerlərə tibb işçilərinin mərkəzləşdirilmiş qaydada qəbulu üzrə keçirilən son müsabiqənin nəticələrini açıqlayıb.Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrindəki vakant yerlərə tibb işçilərinin qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə 13 oktyabr 2013-cü il tarixində elan olunmuş 37 ixtisas üzrə 2000 vakant yerə 289 müraciət daxil olub. Bunlardan 265 nəfəri imtahanlarda iştirak hüququ qazanıb.İmtahanların test mərhələsindən 133 nəfər məqbul alaraq ikinci - müsahibə mərhələsinə buraxılıb. Müsahibə nəticəsində 59 nəfər işə qəbul edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !