Səhiyyə Nazirliyi: Sumqayıtda zəhərlənmiş 30 uşağın müalicəsi davam edir

18:00 | 12.06.2017
Səhiyyə Nazirliyi: Sumqayıtda zəhərlənmiş 30 uşağın müalicəsi davam edir

Səhiyyə Nazirliyi: Sumqayıtda zəhərlənmiş 30 uşağın müalicəsi davam edir

Uşaqların vəziyyətləri kafidir və müalicələri davam edir.

"Zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına daxil olmuş 30 uşağın müalicəsi davam edir”.

Bunu "Report”a Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova bildirib.

Onun sözlərinə görə, hazırda uşaqların vəziyyəti kafidir və müalicələri davam edir.

Nazirlik rəsmisi qeyd edib ki, yaxın zamanlarda onların evə buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında kütləvi şəkildə zəhərlənmə müşahidə edilib. Bu günə qədər xəstəxanaya 150-dən çox uşaq gətirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM