Lent.az xəbər verir ki, xəstəxananın baş həkimi Rövşən Pənahov bir neçə gündür işdən azad olunub.
Xəstəxanadan verilən məlumata görə, R. Pənahov vəzifəsindən öz ərizəsi əsasında uzaqlaşdırılıb. Səbəb səhhətində yaranan problemlər olduğu bildirilir. Artıq xəstəxanaya yeni baş həkimin təyin olunduğu da bildirilir.
Qeyd edək ki, Rövən Pənahov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu. O, bu təyinatadək Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasının müdiri vəzifəsində çalışıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !