Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxanılanlar var - Yenilənib

21:33 | 23.12.2024
Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxanılanlar var - Yenilənib

Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxanılanlar var - Yenilənib

Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

Bakupost.az xəbər verir ki, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb.

Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
  
 ***

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

Bakupost.az-ın məlumatına görə, əməliyyat zamanı saxlanılanlar var.
 
Əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

Əlavə məlumat veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM