Səhiyyə Nazirliyinin mütəxəssisi qızılca ilə bağlı bəzi detalları açıqlayıb

15:43 | 06.12.2023
Səhiyyə Nazirliyinin mütəxəssisi qızılca ilə bağlı bəzi detalları açıqlayıb

Səhiyyə Nazirliyinin mütəxəssisi qızılca ilə bağlı bəzi detalları açıqlayıb

Alergiyası olan şəxslər qızılca peyvəndi vurdura bilər. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
 
"Əhali arasında peyvəndlərin bəzilərində yumurta zülalı var. Bəzilərində isə yoxdur. Tərkibində həmin şəxslər üçün alergiya yarada bilən risklər yoxdursa peyvəndi vurdurmaq olar. Yox əgər hər hansı bir dozada əks təsir göstərişi olubsa bu zaman vurdurmaq olmaz", - nazirliyin eksperti dekabrın 6-da Səhiyyə Nazirliyinin rəsmi instagram səhifəsində bildirib. 
 
Həkim bildirir ki, qızılcaya yoluxan şəxslərdə ömürlük imunitüt formalaşır. İkinci dəfə yoluxma halı çox nadir hallarda baş verə bilir. 
 
Təyyar Eyvazov çıxışında qeyd edib ki, hamilə qadınların bu virusa yoluxduğu zamanı vəziyyəti qiymətləndirilir. 
 
"Qiymətləndirmədən sonra xəstəxanaya yatış olur. Hazırda hamilə qadınlara peyvənd vurmaq olmaz", - o əlavə edib. 
 
Qızılca peyvəndi əsasən 1 və 6 yaşlarında uşaqlara vurulur. 
 
İndiyədək ölkədə bu virusdan ölən uşaqların sayı cari ildə 5 nəfərə çatıb. 
 
Ölkə üzrə 284 nəfərin yoluxma faktı qeydə alınıb. 
 
2022-ci dünyada qızılca xəstəliyindən ölənlərin sayı 136 minə çatıb ki, bu da 2021-ci illə müqayisədə 43% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat yayıb.
 
Səhiyyə Nazirliyi açıqlama yayaraq qeyd edib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM