• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə sahəsində bu nöqsanlar üzə çıxıb

Səhiyyə sahəsində bu nöqsanlar üzə çıxıb
10.07.2020 13:43
Dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs üzrə aparılmış auditin nəticələri haqqında məlumat açıqlanıb.

Anews.az Unikal.org-a istinadən xəbər verir ki, Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin Mərkəz tərəfindən icrası vəziyyətinə dair uyğunluq auditi aparılıb, audit nəticəsində əsasən aşağıdakı nəticələr müəyyən edilib.

Qeyd olunub ki, Mərkəz tərəfindən 2018-2019-cu illər üçün proqnoz layihələri tərtib edilərkən ümumi təyinatlı, o cümlədən Proqram və tədbirlər üzrə dərman vasitələrinin alınması üçün zəruri büdcə vəsaitinin proqnozlaşdırılması zamanı bir xəstəyə düşən xərc məbləği üzrə normativlər tətbiq olunmayıb. Hər ilin sonuna anbarda mövcud olan dərman qalığı nəzərə alınmayıb, tibb müəssisələrindən müvafiq sifarişlər tələb edilməyib.

Qeydiyyatda olan xəstələrin sayının və tibb müəssisələrində icra olunan çarpayı günlərinin, habelə aparılmış müayinələrin sayının dəyişməsi üzrə məlumatların təhlili tam həyata keçirilməyib, bir çarpayı gününə və ya bir xəstənin müalicəsinə düşən dərman vasitələrinə, müayinələrin aparılması üçün laboratoriya reaktivlərinə və şüa diaqnostika materiallarına, peyvəndlərə, tibbi təyinatlı vasitələrə tələbatlar tam nəzərə alınmayıb və nəticədə bəzi tədbirlər proqramları üzrə ayrılmış vəsaitin az olması səbəbindən ümumi təyinatlı dərman vasitələrinin alınmasına ayrılmış mərkəzləşdirilmiş vəsait hesabına dərman vasitələri alınıb.

Auditlə əhatə olunan illərdə "2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Tədbirlər Proqramı”, "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”, "2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”, "2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, "2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" üzrə nəzərdə tutulmuş bəzi tədbirlərin müəyyən olunmuş müddətdə icrası təmin edilməyib, eləcə də alınmış dərman vasitələrinin bölüşdürülməsi zamanı mövcud normativlərin tələblərinə əməl olunmaması, səhiyyə müəssisələri üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində 1 xəstəyə düşən xərclər əhəmiyyətli dərəcə də  fərqli olub.

Auditlə əhatə olunan dövrdə dərman vasitələrinin alınması zamanı bağlanılmış müqavilələrin xüsusi şərtlərinə tam nəzarət edilməyib, 2019-cu ildə bağlanılmış müqavilələrdə alınacaq dərman vasitələrinin yararlıq müddəti əsas göstərilmədən endirilib.

2018-2019-cu illərdə təchizatçılar tərəfindən bəzi hallarda bağlanmış müqavilələrdə yararlıq müddəti ilə bağlı şərtlərə uyğun dərman preparatları və tibbi təynatlı vasitələr təhvil verilməyib, 2019-cu ilin sonuna isə anbarda qalan 4773,9 min manat məbləğində dərman preparatlarının və tibbi təyinatlı vasitələrin yararlıq müddəti 7,0%-53,0% arasında olub.

Həmçinin 2018-ci ildə 1272,2 min manat, 2019-cu ildə isə 309,1 min manat dəyərində dərman vasitələrinin istifadə təlimatları azərbaycan dilinə tərcümə olunmayıb, dərman preparatları və tibbi təyinatlı vasitələrin alınması ilə bağlı bağlanılmış müqavilələr üzrə öhdəliklərin icraçı müəssisələr tərəfindən vaxtında icra edilməməsinə görə müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün cərimə məbləğinin hesablanması və alınması təmin edilməyib.

Eyni zamanda 2018-ci ildə müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi səbəbindən bağlanılmış müqavilələrin icra müddəti uzadılıb və dərman vasitələri müəyyən olunmuş müddətlərdə alınaraq tibb müəssisələrinə çatdırılmayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol