"Azərbaycanda xəstəxanaların reanimasiya şöbələri dolub. Səhiyyə sistemində çox ciddi problem yarana bilər”.
Oxu.Az xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün ümumi yoluxmaların sayı 6 mini keçib:
"Xəstəxanalarımızda çarpayıların sayı azalmağa başlayır. Simptomatik vəziyyəti çox olmayan xəstələrin sayı artır. Eyni zamanda, xaricdən gəlmək istəyən şəxslər də var ki, onlar arasında virusa yoluxanlar da ola bilər. Söhbət yalnız koronavirusdan getmir. Dünya statistikası göstərir ki, son iki ay ərzində qeydə alınan əksər ölümlər koronavirus səbəbindən olub. Ötən il malyariya, onkologiya, ürək-damar, insult xəstələliklərindən qeydə alınan ölümlər liderlik edirdisə, bu il rekord göstərici koronavirus ölümləri ilə bağlıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !