Şəhriyar Məmmədyarov bir pillə gerilədi

15:24 | 31.10.2020
Şəhriyar Məmmədyarov bir pillə gerilədi

Şəhriyar Məmmədyarov bir pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

FIDE-nin saytında açıqlanan reytinq cədvəlinin ilk "10-luğ”unda Azərbaycanın iki təmsilçisi də yer alıb.

Şəhriyar Məmmədyarov bir pillə geriləyərək səkkizinci sıraya düşüb. Onun aktivində 2770 xal var.

2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.

Qadın şahmatçılarımızdan ən yüksək xala malik Günay Məmmədzadədir. 2443 xalı olan Günay Məmmədzadə 28-ci sıradan 31-ci mövqeyə geriləyib. 2382 xala malik Gülnar Məmmədova yeddi pillə geriləyərək, 80-ci sırada yer alıb. 2376 xalı olan Xanım Balacayeva da eyni sayda gerilmə ilə 89-cu yerə enib.

Qeyd edək ki, reytinq cədvəlinə yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla ikinci, çinli Dinq Liren 2791 xalla üçüncüdür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb