Şəhriyar Məmmədyarovdan heç-heçə

21:54 | 21.01.2022
Şəhriyar Məmmədyarovdan heç-heçə

Şəhriyar Məmmədyarovdan heç-heçə

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Masters” şahmat turnirinin altıncı turunun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda isveçli Nils Qradelius ilə görüşüb.

Ağ fiqurlarla oynayan şahmatçımız 16-cı gedişdə heç-heçəyə razılaşıb.
Altı turdan sonra Ş.Məmmədyarov 4 xalla hindistanlı Vidit Santoş Qucrati ilə ilk iki pilləni bölüşür.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti