Səhv qırmızı vərəqə ləğv edildi

23:59 | 25.03.2014
Səhv qırmızı vərəqə ləğv edildi

Səhv qırmızı vərəqə ləğv edildi

İngiltərə Futbol Assosiasiyası “Çelsi” ilə oyunda “Arsenal”ın müdafiəçisi Kiran Qibbsə göstərilən qırmızı vərəqəni ləğv edib. Apasport.az saytının məlumatına görə, Assosiasiya hakimin səhv etdiyini etiraf edib. Görüşün hakimi Andre Mariner oyunun 17-ci dəqiqəsində öz cərimə meydanında əllə oynadığına görə müdafiəçi Qibbsə qırmızı vərəqə göstərib. Əslində isə qaydanı onun komanda yoldaşı Aleks Oksleyd-Çemberlen pozub. Assosiasiya hakimin ümumiyyətlə səhv etdiyini bildirib. Qərara görə, Oksleyd-Çemberlen əllə bilərəkdən oynamadığı üçün bu epizodda meydan qovulmamalıdır. Beləliklə, hər iki futbolçu martın 29-da “Suonsi” ilə oyunda oynaya biləcək.ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM