• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkər xəstələri üçün “ağıllı” linzalar yaradıldı

Şəkər xəstələri üçün “ağıllı” linzalar yaradıldı
29.05.2020 04:58

“Google” şirkəti “Google Glass”a oxşar yeni məhsul prototipini təqdim edib, lakin o, kütləvi və kommersiya istifadəsi üçün nəzərdə tutulmayıb.

 

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, yeni məhsulu internet nəhənginin "Google X” elmi bölməsi icad edib. Linzalar kiçik simsiz çip və linzanın yumşaq materialının iki qatı arasında yerləşən balaca sensor köməyi ilə şəkərin səviyyəsini ölçür.  

 

“Google” şirkətinin icadı, hər planetimizin 19-cu insanının düçar olduğu, şəkər xəstələrinin həyatını yüngülləşdirmək üçün yaradılıb. Hazırda şəkər xəstələri qanda şəkərin səviyyəsini mütəmadi olaraq yoxlamalıdırlar və bunun üçün onlar hər gün barmaqlarından qan götürməli olurlar.

 

“Bu, qıcıqlandırıcı və ağrılı prosedurdur. Nəticədə, bir çox diabetli insan qanlarında şəkərin səviyyəsini yoxlamalı olduqlarından daha gec yoxlayırlar”, - deyə “Google X” nümayəndələri bildiriblər.

 

Hazırda məhsulun prototipini testləşdirirlər və bu cür linzaları istifadə edəcək insanları məlumatlandırmaq üsulu axtarırlar. Linza yaradıcılarının sözlərinə əsasən, texnologiyanın kütləvi istifadəyə tətbiqi hələ gözlənilmir.

 

“Bu texnologiyanın tətbiqi haqda danışmaq hələ çox tezdir, lakin biz artıq müxtəlif kliniki araşdırmalar aparmışıq və onlar bizim prototipimizi təkmilləşdirməyə kömək edir. Biz ümid edirik ki, nə vaxt isə bu texnologiya diabetli insanlara yaşamağa kömək edəcək”, - şirkət öz bloqunda yazıb.

 

“Google” şirkəti “ağıllı” linzalar üçün əlavələr yaradacaq tərəfdaşlar axtarmaq niyyətindədir.

 

“Biz həmişə demişik ki, tərəddüdlü və əcaib görünən layihələr axtarırıq və belə hesab edirik ki, Diabet Federasiyası dünyanın bu xəstəliklə “mübarizədə məğlubiyyətə uğradığını” bildirirsə, biz bunu dəyişməyə çalışmalıyıq”, - layihənin həmyaradıcıları Brayan Otis və Babək Pərviz yazırlar.

“ICTnews”

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol