Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun başçılıq etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində Novqorod vilayəti qubernatoru Andrey Nikitinlə əməkdaşlıq memorandumu imzalanıb.
"Report” yerli KİV-ə istinadən xəbər verir ki, sənəd Şəki rayonu və Rusiyanın Novqorod vilayəti rəhbərliyi tərəfindən hər iki ölkənin iş adamlarına qarşılıqlı əlaqələri inkişaf etdirməkdə dəstək olacağını nəzərdə tutur.
Qeyd edək ki, səfər çərçivəsində Şəki rayonunun təqdimatı keçirilib. Bundan əvvəl Novqorod vilayətinin iş adamlarının Azərbaycana səfərləri zamanı mebel müəssisəsi ilə müqavilə imzalanmışdı, artıq həmin müəssisə ölkəyə məhsullarını tədarük edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !