Şəki ilə Novqorod arasında işgüzar əlaqələr genişlənir

23:00 | 19.11.2019
Şəki ilə Novqorod arasında işgüzar əlaqələr genişlənir

Şəki ilə Novqorod arasında işgüzar əlaqələr genişlənir

Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun başçılıq etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində Novqorod vilayəti qubernatoru Andrey Nikitinlə əməkdaşlıq memorandumu imzalanıb.

"Report” yerli KİV-ə istinadən xəbər verir ki, sənəd Şəki rayonu və Rusiyanın Novqorod vilayəti rəhbərliyi tərəfindən hər iki ölkənin iş adamlarına qarşılıqlı əlaqələri inkişaf etdirməkdə dəstək olacağını nəzərdə tutur.

Qeyd edək ki, səfər çərçivəsində Şəki rayonunun təqdimatı keçirilib. Bundan əvvəl Novqorod vilayətinin iş adamlarının Azərbaycana səfərləri zamanı mebel müəssisəsi ilə müqavilə imzalanmışdı, artıq həmin müəssisə ölkəyə məhsullarını tədarük edir.

Novqorod vilayətindən 2018-ci ildən idxal həcmi 3 milyon ABŞ dolları səviyyəsində olub. Belə ki, kağız, taxta məhsulları, mebel, yataq dəstləri, avadanlıq idxalında artım qeydə alınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb