Şəki: ustadlar şəhəri - FOTOLAR

13:10 | 05.11.2015
Şəki: ustadlar şəhəri - FOTOLAR

Şəki: ustadlar şəhəri - FOTOLAR

Paytaxtdan 370 kilometr aralıda, Böyük Qafqaz sıra dağlarınını cənub ətəklərində, eləcə də dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir bu şəhər. 1968-ci ilə qədər bu şəhərin adı Nuxa olub.  Hazırda isə biz onu Şəki kimi tanıyırıq. 

Tarixi mənbələrə görə, indiki Şəki şəhərindən 10-15 kilometr cənubda köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (488-531) salıb. Qafqaz Albaniyasının ən iri şəhərlərindən biri hesab olunan Şəkidə şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban Məbədi də burada inşa olunub.

Bu qədim və əsrarəngiz şəhər haqqında çox danışmaq, çox tarixi faktlar sadalamaq olar. Şəki həm də özünəməxsus ləhcəsi və məzəli, duzlu lətifələri ilə yadda qalır. Bu, şəkililərinin yaradıcı insan olmasından irəli gəlir. Şəkidə nəinki söz yaradıcılığına. eləcə də qədim əl sənətinin müxtəlid janrlarına da rast gəlmək mümkündür.

Oxucularımıza ANN.Az-ın fotoreportyorunun Şəkidən hazırladığı fotosessiyasını təqdim edirik.

Fotoların müəllifi Ehtiram Jabi

 
 















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti