• $
  • €
  • ₽
  • ₺
  • £

Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub

Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
05.06.2024 20:00
Elm və təhsil nazirinin müvafiq əmri ilə Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunub.Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Günay Mahmudova 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetinin biologiya–kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb.Qax şəhər 1 nömrəli, Güllük, İlisu kənd tam orta məktəblərində kimya müəllimi işləyib.

2010-2013-cü illərdə Qax rayonu İlisu kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2013-2014-cü illərdə Qax rayon təhsil şöbəsində metodist, 2014-2022-ci illərdə metodik kabinetin direktoru vəzifələrində çalışıb.

2019-2020-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun icra etdiyi "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində mentor, 2019-2022-ci illərdə "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” "Steam”, "Peşə təmayüllü siniflər” layihələri üzrə koordinator kimi fəaliyyət göstərib.

2021-2022-ci illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün "Məktəb inspektoru” kimi çalışıb.

2022-ci ilin aprel 29-dan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsində çalışıb. 19 dekabr 2023-cü ildən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol