Şəkidə avtomobil aşıb, xəsarət alan var

19:04 | 06.02.2025
Şəkidə avtomobil aşıb, xəsarət alan var

Şəkidə avtomobil aşıb, xəsarət alan var

Şəkidə minik avtomobili aşıb.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunda, Şəki rayonu İnçə kəndi ərazisində baş verib.
 
Hərəkətdə olan "Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM