Səkkiz ayda kənd məhsullarının həcmində 0,8% artım olub

12:52 | 19.09.2024
Səkkiz ayda kənd məhsullarının həcmində 0,8% artım olub

Səkkiz ayda kənd məhsullarının həcmində 0,8% artım olub

2024-cü ilin səkkiz ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi faktiki qiymətlərlə 8,723 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur. Bu barədə Dövlət Statisika Komitəsinin bildirilib. 
 
 Belə ki, heyvandarlıq sektorunda məhsul istehsalı dəyər ifadəsində 1,3%  - 4,195 milyard manata, bitkiçilik sahəsində isə 0,3% artaraq 4,528 milyard manata çatıb. 
 
Cari ilin səkkiz ayında Azərbaycanda 996,9 min hektar sahədən (ümumi əkin sahəsinin 97,2 faizi) 3 milyon ton dənli və paxlalı bitkilər yığılıb. Hər hektardan orta məhsuldarlıq 30,4 sentner olub.

Sentyabrın 1-nə 799,2 min ton kartof (il ərzində 7,98% azalma), 1,498 milyon ton digər tərəvəz (artım 0,77%), 482,3 min ton bostan məhsulları (artım 11,93%), 503,4 min ton meyvə və giləmeyvə (artım 1,72%), 66,8 min ton üzüm (azalma 9,24%), 901,4 ton yaşıl çay (artım 1,81%) istehsal olunub. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM