Seks şəhəri ailə şəhəri olacaq

16:01 | 01.09.2014
Seks şəhəri ailə şəhəri olacaq

Seks şəhəri ailə şəhəri olacaq

Taylandda günahlar şəhəri kimi tanınan Patta ailə şəhərinə çevriləcək.
ANN.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Pattaya müdaxilə edən hərbi rəhbərlik, şəhəri "qüsurlu adam və təşkilatlardan təmizləyib ailə şəhəri' edəcəklərini açıqlayıb. 
Ölkədə hərbi çevrilişdən sonra Patta şəhərində Təhlükəsizlik Müdirliyinə gətirilən köhnə Chon Buri şəhəri rəhbərinin köməkçisi Suppatee Boonkrong, Patta şəhərindəki bütün küçə qadınlarını təmizləyəcəklərini və bölgəni ailə turizmi üçün hazır hala gətirəcəklərini bildirib. 
Bu arada, Pattada transeksuallar etiraza qalxıb. İlk hədəfin onlar olduqlarını söyləyən Pattadakı transeksuallar "evlərimizə və çalışdığımız yerlərə basqınlar başlayıb", - deyə etiraz ediblər. Pattada cinsiyyət dəyişdirmə əməliyyatlarını reallaşdıran Thitiyanun Nakporun iddiasına görə, müştərilərinin hamısı nəzarətə götürülüb. O, bildirib ki, polislər ortalama hər gecə 100-ə qədər seks işçisini nəzarət altına alır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti