Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazanıb

19:00 | 19.02.2023
Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazanıb

Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazanıb

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

20 yaşlı idmançı Milli Gimnastika Arenasında təşkil edilən yarışın finalında üçüncü yeri tutub.

O, qadınlar arasında fərdi yarışda 52.910 göstəriciyə imza atıb. Dünya Kubokunun qalibi braziliyalı Kamilla Qomes (54.860) olub. Fransalı Lea Labrusse (53.970) gümüş mükafata yiyələnib.

Selcan Mahsudova 2022-ci ildə Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb