Səlcuq Ağlayan bəraət aldı

09:50 | 21.11.2013
Səlcuq Ağlayan bəraət aldı

Səlcuq Ağlayan bəraət aldı

Gülər Əhmədova və Sevinc Babayeva cinayətlərində adı sıx-sıx keçən və xəbər məkanında mübhəm bir ünvana çevrilən türkiyəli iş adamı Səlcuq Ağlayan dünən İstanbulda keçirilən məhkəmə nəticəsində bəraət alıb.Bu barədə Musavat.com-a Səlcuq Ağlayan özü məlumat verib. Bildirildiyi kimi, S. Ağlayan mərhum Sevinc Babyevanın İstanbulda ölməsi epizodu üzrəilk öncə saxlanmış, daha sonra isə İstanbulu tərk etməmək qətiimkan tədbiri ilə, istintaq altına alınmışdı. Azərbaycandan istintaqçılar dəfələrlə İstanbula gedərək, onu dindirmişdilər. S. Ağlayan uzun müddət apardığı məhkəmə davası sayəsində, üzərindən yurdışına çıxmaq yasağını, nəhayət qaldırtdıra bilib. Son vəsatəti üzrə 20 noyabrda məhkəmə ona S. Babyevanın ölüm epizodu ilə bağlı bəraət verib.S. Ağlayan Müsavat.com-a deyib ki, bu faktı Türk ədalətinin zəfəri hesab edir: "Aylarla məni və bu epizodu araşdırdılar. Nəhayətdə bildilər və qəbul etdilər ki heç bir suçum yoxdur". S. Ağlayan dedi ki, məsələ ilə bağlı yaxın zamanlarda "Yeni Müsavat" qəzetinə xüsusi və sensasion açıqlama verəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM