ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Lenta.ru” saytı CNN-ə istinadən xəbər yayıb.
İnsident bu ilin avqustunda Fençen hospitalında baş versə də, bu barədə yalnız indi məlum olub. Klinikanın administrasiyası ictimaiyyətdən rəsmi şəkildə üzr istəyib. Klinikanın bəyanatında bildirilir ki, əməkdaşlar öz hərəkətlərinin mümkün mənfi nəticələrini nəzərə almayıblar: "Biz vəziyyətdən nəticə çıxarırıq”.
Вununla yanaşı, tibb işçiləri şəklin xatirə olaraq çəkildiyini bildiriblər. Belə ki, bu, əməliyyat otağının bağlanması və təkrar profil verilməsindən bir gün əvvəl baş verib. Bu şəkillər Çində əhalinin müxtəlif təbəqələri arasında mənfi reaksiya doğurub. Sosial şəbəkələrdə tibbi əxlaqın çatışmazlığı fəal müzakirə edilib, hətta bloqçular "selfi cərrahiyyə” adlı xüsusi "heşteq” yaradıblar ki, burada tibb işçilərinin davranışı barədə rəylər toplanıb.
Qeyd etmək lazımdır ki, son vaxtlar müşahidə olunan "selfi" həvəsi etik normalar səviyyəsində müxtəlif qalmaqallar doğurur. şəkil üçün ən yaxşı fon seçmək cəhdi bəzən həyati təhlükə yaradır və hətta fotoqrafın həlak olmasına gətirib çıxarır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !