ABŞ hərbi hava qüvvələri İraq Şam İslam Dövləti (İŞİD) üzvlərindən birinin sosial şəbəkədə yerləşdirdiyi şəkil vasitəsilə terror qruplaşmasının hərbi bazasını darmadağın edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, amerikalı general Qerbert Karlayd deyib ki, yaraqlılardan birinin mənzil-qərargahın fonundakı selfisi monitorinq zamanı cihadçı bloqlardan birində tapılıb:
"Uşaqlar sosial şəbəkələrdə axtarış aparanda görüblər ki, yaraqlı qruplaşmasının idiotlarından biri ilə rastlaşıblar. O, açıq formada mənzil-qərargahın qarşısında dayanıbmış”.
Bundan sonra hərbçilərə bu bazanın yerini müəyyənləşdirib məhv etməyə bir sutka lazım olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !