Səlim Müslümov: “Bu proseslər davam edəcək”

15:15 | 30.11.2013
Səlim Müslümov: “Bu proseslər davam edəcək”

Səlim Müslümov: “Bu proseslər davam edəcək”

“Nazirliyin saytında maşın və mənzil növbəsində dayanan şəxslərin siyahısı veriləcək”"Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin veb saytında maşın və mənzil növbəsində dayanan vətəndaşların siyahısı yayımlanacaq".ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. O deyib ki, artıq bu məsələ ilə bağlı tapşırıq verilib."Bundan sonra növbəti addımlarda ünvanlı sosial yardımların təyin olunması prosesinin avtomatlaşdırılması sisteminə keçəcəyik. İlk növbədə yerlərdə bu təyinatlar ortadan qaldırılacaq. İnsanların müraciətləri yalnız poçt qutuları vasitəsi ilə həyata keçiriləcək. Yəni yerlərdə bu məsələ ilə bağlı hər hansı bir manipulyasiya etmək imkanları olmayacaq. Bütün bu istiqamətlərdə çox qısa müddətdə şəffaf sistemin yaradılmasının şahidi olacaqsınız. Bu proseslər davam edəcək" - deyə nazir vurğulayıb. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM