Yevlaxda özünü yandıran II qrup əlil Nizami Kərimov gecə saatlarında paytaxta gətirilib.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, aldığı yanıq xəsarətlərinin ağır olduğundan o, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.Həkimlər hazırda özünü yandıran əlilin vəziyyətininin orta ağır olduğunu deyir. Hadisə ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məsələnin ciddi araşdırılacağını, bu məqsədlə Yevlaxa xüsusi nümayəndə göndərildiyini bildirib.Qeyd edək ki, Nizami Kərimov ötən gün Yevlax rayonunda əhalinin Sosial Müdafiəsi Mərkəzinn qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Bu yola əl atmasına səbəb kimi isə onun ünvanlı sosial yardım ala bilməməsi göstərilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !