APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bir ailəyə düşən orta aylıq məbləğ 155 manata yaxınlaşır: "Bu, böyük rəqəmdir. Bu gün Azərbaycanda kasıb, aztəminatlı ailələrin dövlət hesabına bu yardımlarla təmin olunması Azərbaycan vətəndaşlarının BMT-nin müəyyən etdiyi kriteriyalar üzrə müəyyənləşdirilən yoxsulluq və ifrat yoxsulluq dərəcəsindən tamamilə çıxarılmasına xidmət edir. Çox şükürlər olsun ki, bu gün Azərbaycan cəmiyyətində aclıq məfhumu ümumiyyətlə, ortadan götürülüb. Ünvanlı sosial yardımın verilmə müddəti artıq iki ilə qaldırılıb. Bu, imkan verəcək ki, gələn ilin aprelin 1-dən sonra ünvanlı sosial yardım üçün müraciət edəcək ailələrin sayı iki dəfədən çox azalsın”.
S. Müslümov bildirib ki, hazırda ünvanlı sosial yardım sisteminin avtomatlaşdırılmış şəkildə qurulmasının son işləri həyata keçirilir: "Artıq müxtəlif yerlərdə yardım masalarının hazırlanması prosesinə start verilib. Bizim apardığımız tədqiqatlar göstərir ki, ünvanlı sosial yardımdan faydalananların təqribən 75%-ə yaxını eyni ailələrdir. Onlar neçə illərdir müraciət edir və yardımı alırlar. Ünvanlı sosial yardımın verilmə müddətinin iki ilə qaldırılması o deməkdir ki, artıq müraciət edənlər başqa ailələr olacaq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !