Səlim Müslümovdan pensiyaçılara yeni xəbər

14:20 | 16.05.2017
Səlim Müslümovdan pensiyaçılara yeni xəbər

Səlim Müslümovdan pensiyaçılara yeni xəbər

"Bu ilin iyununda əmək pensiyası ilə bağlı qüvvəyə minəcək dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq”.

Anews.az Modern.az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. 
 
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev  "Əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanunun iyunun 1-dən qüvvəyə minməsi barədə müvafiq sərəncam imzalayıb.

"Həmin sənədlə bir sıra qaydaların iki ay müddətində hazırlanaraq qüvvəyə minməlidir. Hazırda bunların üzərində nazirlikdə iş gedir. Bu dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Yeni dəyişikliklər iyulun 1-dən sonra pensiyaya çıxacaq şəxslərə aid olacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM