Səlim Müslümovun həbsdə səhhəti pisləşdi

15:27 | 21.05.2022
Səlim Müslümovun həbsdə səhhəti pisləşdi

Səlim Müslümovun həbsdə səhhəti pisləşdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.
 
İlkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
 
Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
 
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(Apa)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb