Selincerin qadağan etdiyi bioqrafiyası satışa çıxarılır

13:40 | 18.11.2013
Selincerin qadağan etdiyi bioqrafiyası satışa çıxarılır

Selincerin qadağan etdiyi bioqrafiyası satışa çıxarılır

Məşhur amerikalı yazıçı Cerom Selincerin bioqrafiyası Nyu Yorkda auksiona çıxarılacaq. 

Qaynar.info xəbər verir ki, auksionda ingilis tənqidçi İen Hamiltonun "C.Selincer: kağız üzərində həyat" adlı işi təqdim olunacaq. Həmin əsərin yayımlanması bir vaxtlar Selincerin özü tərəfindən qadağan edilmişdi. 

Auksion noyabrın 21-də baş tutacaq və bioqrafiya 100 nüxsədən ibarət olacaq. 

"Bioqrafiyanın ilkin qiyməti isə 4-6 dollar təşkil edəcək. Bioqrafiya amerikalı kolleksiyaçıya məxsusdur və onun böyük maraq doğuracağı şübhəsizdir" deyə "Swann Auction Galleries" auksion evinin rəhbəri Con Larson bildirib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM