Səmada epilepsiya keçirdi - VİDEO

23:57 | 02.03.2015
Səmada epilepsiya keçirdi - VİDEO

Səmada epilepsiya keçirdi - VİDEO

Avstralyadan olan Kristofer adlı paraşutçu öz təlimçisi ilə birlikdə 3 min 500 metrdən aşağı atılarkən təhlükəli hadisə baş verib.

ANN.AZ xarici ölkə mediasına istinadən xəbər verir ki, paraşytçular yerə 2 min 700 metr qalmış Kristofer epilepsiya keçirib. Elə havadaca 22 yaşlı Kristoferin yardımına təlimçisi Şeldon MakFarlane yetişir. Tələbəsinin havada arxası üstə qaldığını və hərəkət etmədiyini görən müəllim Kristoferə yaxınlaşaraq onun paraşutunu açır.

Hadisədən sonra təlimçi "Onsuz da paraşut bir müddət sonra avtomatik açılacaqdı, amma mən bunu gözləmək istəmədim, yardım eləmək istədim".

Epilepsiya keçirən paraşutçu yerə endikdən sonra ona təcili yardım göstərilib.

ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb