“Semaşko”da 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra öldü

09:58 | 03.06.2020
“Semaşko”da 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra öldü

“Semaşko”da 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra öldü

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.
 
Anews.az-ın xəbərinə görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.
 
Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü  Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də  xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
 
Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq  E. Abdullayev reanimasiya şöbəsində ölüb.
 
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.APA

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM