• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Səməd Qurbanov: "Bugün "Nefçi"nin əsas tapşırığı kuboku qazanmaqdır" - RƏY

Səməd Qurbanov:
18.05.2016 15:43

Rüstəm Qasımov

""Nefti" meydana ancaq qələbə üçün çıxacaq!"

25 mayda Tofiq Bəhramaov adına respublika stadionunda Azərbaycan kuboku uğrunda "Neftçi" və "Qarabağ" futbol klubları üz-üzə gələcəklər. Bu vacib matçdan əvvəl ANN.Az portalı veteran futbolçu, "Neftçi"nin müşahidə şurasının üzvü Səməd Qurbanovla söhbətləşib. 

- Səməd müəllim, "Neftçi"nin qarşıdakı oyunu ilə bağlı fikirləriniz necədir? 

- Artıq ikinci ildir ki, "Neftçi" Azərbaycan kuboku uğrunda matçda "Qarabağ"la üz-üzə gəlir. Təəssüf ki, biz keçən il Ağdam klubuna məğlub olmuşduq. Üstəlik, bu il də vəziyyət bizim istədiyimiz kimi deyil. Biz xallar itirmişik, çox vacib sınaqlardan keçmişik, ancaq nəticədə ölkə kubokunun finalına qədər gəlib çıxmışıq. Ona görə də bu gün "Neftçi"nin əsas öhdəliyi kuboku qazanmaqdır, bu hər zaman klubu dəstəkləyən azarkeşlərimiz üçün də böyük bir hədiyyə olardı. 

- "Neftçi" üçün bu matçı qazanmaq nə qədər vacibdir? 

- Çox vacibdir! Təəssüf ki, biz ölkə liqasının ilk üçlüyündə yer ala bilmədik, ancaq kubokdakı qələbə bu mövsüm ərzində qarşımıza çıxan uğursuzluqları və çətinlikləri unutmaqda bizə yardım göstərəcək. Bugün həm futbolçular, həm də Çingiz Abdullayevin rəhbərlik etdiyi müşahidəçilər şurası ancaq "Neftçi"nin qələbəsi barədə düşünür. Bu qələbə bizə heç vaxt olmadığı qədər vacibdir. Fikirləşirəm ki, tanrının köməkliyi ilə bu matçı qazana və kuboku götürə biləcəyik. 

- "Neftçi" belə vacib oyun üçün hazırdırmı? 

-  Əlbəttə! Komanda emosional və motivasiya cəhətdən tam hazırdır. Bakı "İnter"inə qarşı sonuncu matçda "Neftçi"nin heyətində 10 gənc azərbaycanlı futbolçu vardı. Bizim futbolçularımız yaxşı motivasiyalıdırlar, yeni qələbələr üçün ac və ambisiyalıdırlar. Komandadakı ovqat müsbətdir, bu isə bizi sevindirməyə bilməz. Fikirləşirəm ki, 2016-cı il əfsanəvi klub olan "Neftçi" üçün kubokun qazanılması ilə əlamətdar olacaq. Biz belə vacib zəfəri qazanmaq inkanını əldən buraxmamalıyıq. 

-  Sonda oyunla bağlı proqnozunuzu bilmək maraqlı olardı? 

- Əsas olan, bizim bir oyundan minimal hesabla da olsa, qalibiyyətlə ayrılmağımızdır. Əminəm ki, bizi gözəl, baxımlı və dinamik oyun gözləyir. Düşünürəm ki, bizim tərəfimizdə təkcə qələbə yox, doğma divarlar da olacaq, axı bu oyun Tofiq Bəhramov adına stadionda keçiriləcək, bu meydan isə "Neftçi"nin doğma arenasıdır. Bizim komandamız meydana ancaq qələbə üçün çıxacaq!

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Doktor Ziya:
İdman 15:51
Doktor Ziya: "Mən xoş əməllərlə ardımda iz qoymaq istəyirəm" - MÜSAHİBƏ
Rio-de-Janeyro – “Zombilər məskəni” - KÖŞƏ
İdman 17:19
Rio-de-Janeyro – “Zombilər məskəni” - KÖŞƏ
Göy məscid: İslam və dünya memarlığının dahiyəni obrazı - FOTOLAR
İdman 15:57
Göy məscid: İslam və dünya memarlığının dahiyəni obrazı - FOTOLAR
Bakı
İdman 14:21
Bakı "Formula1"dən bir gün sonra - FOTO
Bəhram Bağırzadə:
İdman 13:06
Bəhram Bağırzadə: "Bağırzadələr ailəsi artıq 4-cü nəsildir ki, təkcə bir kluba bağlıdır" - RƏY
Cəbrayıl Cəbrayılov:
İdman 12:42
Cəbrayıl Cəbrayılov: "Məncə, "Neftçi" uğurlu seriyasını bu dəfə də davam etdirəcək" - RƏY
Dmitri Kramarenko:
İdman 11:51
Dmitri Kramarenko: ""Neftçi"nin kuboku götürmək şansı var" - RƏY
Zaur Qəhrəmanov:
İdman 18:40
Zaur Qəhrəmanov: "Əgər "Neftçi" "Qarabağ"a qalib gəlsə..." - RƏY
Çingiz Abdullayev:
İdman 16:54
Çingiz Abdullayev: "Meydana 12-ci oyunçu kimi çıxmağa hazıram" - RƏY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol