Səməd Səmədov COVİD-19-dan vəfat edib

19:25 | 24.07.2021
Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib,  bu barədə tanınmış stilist Samiraldo instaqram hesabında paylaşım edib. 
"Allah rəhmət eləsin!", - deyə Samiraldo qeyd edib.

Yaxınlarının verdiyi məlumata görə, 74 yaşlı ifaçı müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. 

1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.

2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.

Bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM