Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev həmkarının 40 mərasiminə çağırılmadığını deyib.
O, bu məsələnin Mədəniyyət Nazirliyi tərəfindən diqqətə alınmalı olduğunu bildirib:
"Açığı, məzar daşı ilə bağlı məlumatım yoxdur. Hələ də niyə qoyulmayıb bilmirəm. Heç mənim 40 mərasimindən belə xəbərim olmayıb, gərək məni çağırardılar. Heç çağıran olmayıb, mən də getməmişəm, sonradan xəbər tutdum ki, 40 mərasimi olub, keçib. Səməd Səmədov xalq artisti idi, əgər həyat yoldaşının, ailəsinin məzar daşı qoydurmağa maddi imkanı yoxdursa, gərək dövlət tərəfindən yardım olunsun. Mənim tanıdığım bir neçə sənətçi olub ki, ailəsinin maddi imkanı yaxşı olmayıb deyə, Mədəniyyət Nazirliyindən yardım edilib. Səməd Səmədovun da yəqin ki, ailəsinin imkanı yoxdur. Çünki yazıq prezident təqaüdü almırdı. Gərək bu işdə Mədəniyyət Nazirliyi onun ailəsinə dayaq olsun. Hələ 40-ı təzə çıxıb, İnşallah, ilinə qədər məzar daşı qoyular. İnanıram ki, Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı bir ölçü götürər”.
Məsələ ilə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinin mətbuat xidmətindən anews.az-a bildirildi ki, ailə maddi dəstək üçün quruma müraciət etməyib və Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !