Şəmkirdə "DOST" üsyanı başladı

16:18 | 27.01.2020
Vaxtilə Fazil Məmmədovun ən etibarlı kadrı olan, Şəmkirin abadlaşması zamanı Fazil Məmmədova külli miqdarda pul "atıb” özü milyonçu olan, Fazil Məmmədova arxa çevirib onu hətta rayondan qovan Şəmkirin icra başçısı Alimpaşa Məmmədov indi də ölkə başçısının tapşırıqlarına arxa çevirir. Bu sözlər rayonun Çənlibel kəndindən Criminal.az-a daxil olan məlumatlardır. 


Şəmkirdə Alımpaşa Məmmədov "DOST”un (Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi) kəndlərdə olan işçilərini layihənin başa catması adı ilə aldadıb zorla işdən çıxarır. İşdən çıxarılanlar həm faktiki işləyənlərdi, həm də aztəminatlılardır.
Şəmkirin kəndlərində "DOST”un fəaliyyəti dayandırılıb? Daha kəndlərdə "DOST”un xətti ilə işçi işləməməlidir? Vətətəndaş davam edərək yazır: "Mən və kəndimizdən olan xeyli kasıb sakin ötən il ölkə başçısının tapşırığı ilə yaradılmış "DOST”un vasitəsilə işə düzəlmişdik. Bizə tapşırılan təmizlik işlərini yerinə yetirib az da olsa əmək haqqı alıb birtəhər dolanırdıq. Bir neçə gün bundan əvvəl bizi işlədiyimiz yerə çağırıb dedilər ki, daha bu layihə bitdi, işdən azadsınız.

 
Aldığımız məlumata görə bu tam yalandır, heç bir layihə bitməsi söhbəti yoxdur, bu sadəcə Alimpaşa Məmmədovun növbəti maxinasiyasıdır. Bu adam hələ də keçmiş ağası Fazil Məmmədovun miras qoyub getdiyi qaydalarla işləyir. Vətəndaş bizdən xahiş edir ki ,deyilən məsələni bir daha Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dəqiqləşdirək. Nazirliyin cavabından sonra məsələni yerində araşdırmaq qərarına gəldik. 


Məlum oldu ki, Çənlibel sakinlərinin yazdıqları qaldırılan problemin çox kiçik bir hissəsidir. Belə ki, rayonun demək olar ki, bütün kəndlərində "DOST” vasitəsilə işə götürülən, amma kommunal müəssisələr kombinatının tabeliyində olan və onlar tərəfindən işlədilən şəxslər özlərinin xəbəri olmadan işdən çıxarılıblar. Ən acınacaqlısı odur ki, faktiki işləyən və aztəminatlı olan bu şəxslər işdən çıxarıldığı halda işə gəlməyən, maddi imkanı normal olan şəxslər işdə saxlanılıb. İşdə saxlanılanların əmək haqqı kartlarının icra başçısına yaxın olan şəxslərdə olduğu söylənilir. Hazırda bu məsələ ilə bağlı Şəmkirdə çox böyük gərginlik yaşanır. Demək olar ki, hər gün Rayon İcra Hakimiyyətinin və rayon Məşğulluq Mərkəzinin qarşısında işdən qanunsuz çıxarılan şəxslərin izdihamı yaşanır. Baş verən qanunsuzluğa İcra Hakimiyyəti ilə bərabər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də biganə yanaşır. Ortada ciddi bir korrupsiya halının olduğuna dair məlumatlar ortalıqdadır. İşdən çıxarılanlar icra başçısından "DOST”un vasitəsilə işə düzəldilən 700 nəfərdən çox adamın siyahısının açıqlanmasını da tələb edirlər". 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məsələ ilə bağlı Criminal.az-ın suallarına cavabı adekvat olmadı. Nazirlik rəsmisi 
"Şəmkirdə Alımpaşa Məmmədov "DOST”un kəndlərdə olan işçilərini layihənin başa catması adı ilə aldadıb zorla işdən çıxarır. İşdən çıxarılanlar həm faktiki işləyənlərdi, həm də aztəminatlılardır. Bildirirlər ki, layihə başa çatıb. Layihə başa çatıbmı?" cavabı belə oldu:
- İctimai işlərə dair sifarişi yerli icra hakimiyyətləri verir, "DOST” iş mərkəzi onları rəsmiləşdirir, qanunvericiliyə uyğun olaraq müqavilə imzalanır, maaş kartını işçi şəxsən bankdan götürür. Hər ayın sonunda icra nümayəndəliyindən göndərilən tabel əsasında maaşları ödənilir. 
Criminal.az: Layihə başa çatıbmı?
F.Talıblı: Onlar tələbatı müəyyən edir və sifariş edir ki, yerlərdə onlara hansı işçi qüvvəsinə ehtiyac var. Dost İş mərkəzi yalnız həmin işçilərin rəsmi qeydiyyatını və əmək haqqlarının ödənməsini təmin edir və bu prosesin səffaflıgına nəzarət edir. 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM