Şəmsəddin Hacıyevə yeni vəzifə verildi

14:02 | 12.03.2015
Şəmsəddin Hacıyevə yeni vəzifə verildi

Şəmsəddin Hacıyevə yeni vəzifə verildi

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyevə daha bir vəzifə verilib. "Unikal.org"un məlumatına görə, Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri seçilib. 

Verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının növbəti konfransı olub. Konfrans təşkilat məsələlərinə baxılıb, rayon təşkilatının sədri Ş.Hacıyev seçilib.

Deputatın köməkçisi Modern.az saytına xəbəri təsdiqləyib və bildirib ki, Ş.Hacıyev artıq YAP-ın Səbail rayon təşkilatının sədri kimi fəaliyyətə başlayıb.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü olan iqtisad elmləri doktoru Şəmsəddin Hacıyev 3 noyabr 2004-cü il tarixində prezidentin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunub. Bu vəzifədə düz 10 il çalışan Ş.Hacıyev ötən il martın 5-də rektorluqdan çıxarılıb.

Şəmsəddin Hacıyev 2010-ci ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. Sabir rektor hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri vəzifəsini tutur.

Şəmsəddin Hacıyevin 1 övladı var. Deputatın yeganə qızı Çeşmi Hacıyeva da atasının çalışıdığı institutda vəzifə tutur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM