Senat Berluskonini şoka saldı

11:03 | 28.11.2013
Senat Berluskonini şoka saldı

Senat Berluskonini şoka saldı

İtaliya parlamentinin Senatı açıq səsvermə yolu ilə sabiq baş nazir Silvio Berluskoninin senator statusundan məhrum olunması haqqında qərar qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, keçmiş hökumət rəhbəri parlament immunitetini də itirib. Deputatlar 2012-ci ilin sonunda qüvvəyə minmiş “Severino qanunu” kimi tanına sənədə əsasən belə addım atıblar. Qanun 2 ildən artıq müddətə məhkum olunmuş şəxslərin dövlət vəzifələri tutmasını qadağan edir. Parlamentdə müzakirələr altı saatdan artıq davam edib. Müzakirələr Berluskoni tərəfdarları tərəfindən az qala əlbəyaxa dava həddinə çatdırılıb. Qeyd edək ki, S.Berluskoni təsis etdiyi “Mediaset” media qrupunda aşkar olunmuş maliyyə maxinasiyaları ilə əlaqədar 4 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində 2006-cı ildə qəbul olunmuş əfv qanunu tətbiq edilməklə bu müddət 1 ilə endirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM