Senat erməniləri məyus etdi

17:26 | 12.04.2014
Senat erməniləri məyus etdi

Senat erməniləri məyus etdi

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qəbul olunan uydurma “erməni soyqırımı” haqqında qərar layihəsi Senatın ümumi yığıncağının gündəliyinə daxil edilməyib.APA-nın “Sabah” qəzetinə istinadən yaydığı xəbərə görə, 410 saylı məlum qərar layihəsi Senatın 16 günlük Pasxa tətilindən əvvəl keçirilən son toplantısında gündəmə alınmayıb. Beləliklə, sırf 24 aprelə hesablanmış sənəd əhəmiyyətsiz bir kağız parçasına çevrilib.  Xatırladaq ki, qərar layihəsi ermənipərəst senatorlar Robert Menendez və Mark Kirk tərəfindən təqdim olunmuş və Senat komitəsində səs çoxluğu ilə qəbul edilmişdi.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM