Senat sədri saç əkdirməyə hərbi təyyarə ilə uçdu

09:09 | 25.12.2013
Senat sədri saç əkdirməyə hərbi təyyarə ilə uçdu

Senat sədri saç əkdirməyə hərbi təyyarə ilə uçdu

Renan Kaleyruş bundan öncə də Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə toya getmişdiBraziliya Senatının rəhbəri Renan Kaleyruş kosmetik əməliyyata getmək üçün Hərbi Hava Qüvvələrinin təyyarəsindən istifadə edib. Onun bu adımmı ölkədə qalmaqala səbəb olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məumata görə, senat sədri HHQ-nin təyyarəsində Resifi şəhərinə saçlarını bərpa etmək məqsədilə plastik əməliyyata gedib.Hadisə keçən həftə baş verib. Braziliyanın paytaxtından Resifiyə uçanda səfərin işlə əlaqədar olduğu haqqında rəsmi məlumat verilib.“Senat başçısı bu səfərin bütün xərcini ödəyəcək. O, HHQ-nin tam məbləği hesablamalarını gözləyir”,- deyə Kaleyruşun mətbuatla əlaqələr üzrə köməkçisi Latın Amerikası KİV-lərinə bildirib.Bu artıq Kaleyruşun HHQ-nin təyyarəsindən başqa məqsədlə ilk istifadə etməsi deyil. Bundan əvvəl də, iyul ayında deputat HHQ-nin təyyarəsi ilə Salvadorda toya getmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti