"Sənə də qalmaz" - ABŞ Senatında Azərbaycanın məşhur mahnısı səsləndi - VİDEO

11:52 | 12.02.2019

"Sənə də qalmaz" - ABŞ Senatında Azərbaycanın məşhur mahnısı səsləndi - VİDEO

ABŞ Senatının binasında klassik Azərbaycan mahnıısı "Sənə də qalmaz" mahnısı səslənib. 

1news.az xəbər verir ki, Buxaradan gələn ifaçı Rəşid Rubinov Buxara yəhudilərinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə sözügedən mahnını ifa edib. 

"Bu, azərbaycan və yəhudi xalqlarının möhkəm dostluğunu simvolizə edir" - Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir. 

"Sənə də qalmaz" - musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan sevgi haqda lirik mahnıdır. Zamanında bu mahnını Rəşid Behbudov, Lütfiyar İmanov, Müslim Maqomayev kimi sənətkarlar ifa edib. Mahnı, həmçinin, 1963-cü ildə çəkilən "Əhməd haradadır" filmində səslənib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM