Sənət dostlarından Bəhram Bağırzadəyə dəstək

12:18 | 15.06.2020
Sənət dostlarından Bəhram Bağırzadəyə dəstək

Sənət dostlarından Bəhram Bağırzadəyə dəstək

Əməkdar artist Bəhram Bağırzadənin sənət dostlarıonun COVİD-19-dan əziyyət çəkməsi ilə əlaqədar sosial şəbəkələrdə paylaşımlar edərək sənət dostlarına mənəvi dəstək olublar.


Xalq yazıçısı Çingiz Abdullayev yazıb ki, "Bəhram Bağırzadə, bütün fikirlərimiz və ürəyimiz səninlədir, sağal”.  

Xalq artisti Elçin Əzizov isə qey edib ki,  "əziz dostum və qardaşım! Sağlamlığın üçün dua edirik! Allah şəfa versin! Bizim doğmamız! Biz hamımız sənin sağlamlığın üçün dua edirik! Sən güclüsən  və mütləq bu xəstəliyə qalib gələcəksən! Sən öz dostlarına, ailənə, ölkənə çox lazımsan! Bizə həmişə bəxş etdiyin sevgi, qayğı və xeyirxahlıq yüzqat özünə qayıtsın! Qoy Ulu Tanrı səni tez sağaltsın!”.

Xalq artisti Murad Dadaşov dostuna belə səslənib: 

"Dostum-qardaşım! Bəhramımız! Sən tək ailən və dostların üçün yox, hər kəs üçün dəyərli və əziz insansan. Əmin ol ki, bütün Azərbaycanın duaları səninlədir. Sən həmişə imanınla seçilmisən. Allah səni qorusun! Sənin yaxşı bir sloqanın var - #pozitivol! Pozitiv olaq, dostum! Biz hamımız yanındayıq, tez sağal! Səndən şad xəbər gözləyirik! Zəng elə! Səsin gəlsin!”.

Əməkdar artist Cabir İmanov isə  yazıb ki, "sən həmişə çox güclü olmusan, güclüsən və olacaqsan. Tez sağal, mənim əziz qardaşım. Allah köməyin olsun!”.

Xalq artisti Tünzalə Ağayeva "Bəhram, tez sağal, lütfən. Dualarımızdasan. Allah sənə və bütün xəstələrimizə şəfa versin” yazıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM