Şengen zonasında sərhədlərdən vahid gediş-gəliş qaydası təsdiqləndi

22:00 | 13.10.2020
Avropa İttifaqı (Aİ) üzv ölkələri səhiyyə vəziyyətinin ümumavropa təsnifatı əsasında Şengen zonası daxilində sərhədlərdən gediş-gəlişin vahid qaydasını razılaşdırıb.

Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Şurasının bugünkü açıqlamasına görə, pandemiya ilə bağlı gediş-gəliş azadlığının məhdudlaşdırılmasına əlaqəli yanaşmaya dair Avropa Komissiyasının tövsiyələri təsdiqləyib:

"Bu tövsiyələr Şengen zonasının fəaliyyətindəki parçalanmaları və pozuntuları aradan qaldıraraq insanlar və işgüzar fəaliyyətlər üçün şəffaflığın artmasına təkan verməlidir”.

Bundan əvvəl karantin məhdudiyyətlərini Aİ ölkələri tərəfindən ayrı-ayrılıqda tətbiq olunması nəticəsində Avropa boyu gediş-gəlişdə çətinliklər ortaya çıxırdı.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti