Şenol Günəş istefa verib

13:35 | 06.10.2023
Şenol Günəş istefa verib

Şenol Günəş istefa verib

Türkiyənin "Beşiktaş” futbol klubunun baş məşqçisi Şenol Günəş istefa verib.

Bu barədə TRT məlumat yayıb.

Onun idarəçiliyində "Beşiktaş” son həftələrdə uğursuz nəticələrlə yadda qalıb.

"Qara qartallar” sonuncu dəfə ötən gün – oktyabrın 5-də UEFA Konfrans Liqasının qrup mərhələsində doğma meydanda "Lugano”ya qarşı 2-0 hesabla önə keçdikləri matçı 2-3 uduzublar.
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM