Sentyabrda BTC kəməri ilə Azərbaycan neftinin nəqli 7% artıb

16:11 | 07.10.2015
Sentyabrda BTC kəməri ilə Azərbaycan neftinin nəqli 7% artıb

Sentyabrda BTC kəməri ilə Azərbaycan neftinin nəqli 7% artıb

Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 440 509 ton Azərbaycan nefti nəql olunub.
 
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayından 7% artıqdır.

Bu ilin yanvar-sentyabr aylarında bu kəmərlə 21,598 mln. ton neft ötürülüb ki, bu göstərici isə ötən ilin müvafiq dövründən 1% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 285,423 mln. ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin sentyabr ayında BTC kəməri ilə ümumilikdə 359,9 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub ki, bu göstərici də ötən ilin sentyabr ayından 6% azdır.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib, kəmərin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

BTC boru kəməri ilə Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan neft və "Şahdəniz” yatağından hasil olunan kondensat daşınır. Bundan əlavə, BTC vasitəsilə tranzit Mərkəzi Asiya nefti nəql olunur.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM