Sentyabrda nə qədər ərazi minadan təmizlənib? - ANAMA-dan açıqlama

16:29 | 01.10.2024
Sentyabrda nə qədər ərazi minadan təmizlənib? - ANAMA-dan açıqlama

Sentyabrda nə qədər ərazi minadan təmizlənib? - ANAMA-dan açıqlama

Sentyabrda azad olunan ərazilərdən 478 tank əleyhinə mina, 289 piyada əleyhinə mina, 3301 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında deyilir.


Məlumata əsasən, 6118.2 hektar ərazi minalardan təmizlənib.
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 369 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür