Sentyabrın 13-də Ağalıya daha 25 ailə köçürüləcək

18:04 | 08.09.2023
Sentyabrın 13-də Ağalıya daha 25 ailə köçürüləcək

Sentyabrın 13-də Ağalıya daha 25 ailə köçürüləcək

Sentyabrın 13-də Ağalıya daha 25 ailə köçürüləcək. Bu barədə 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib.
 

Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.
 
Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
 
Bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutlulub. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın  dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 


Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM