Sentyabrın 25-26-da Bakıda karbon qiymətləndirilməsi üzrə konfrans keçiriləcək

16:40 | 09.09.2024
Sentyabrın 25-26-da  Bakıda karbon qiymətləndirilməsi üzrə  konfrans keçiriləcək

Sentyabrın 25-26-da Bakıda karbon qiymətləndirilməsi üzrə konfrans keçiriləcək

Sentyabrın 25-26-da Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək.Bu barədə  qurumun rəis müavini Samirə Musayeva  "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, tədbirin məqsədi həm inkişaf etən, həm də inkişaf etməkdə olan ölkələrin vergi administrasiyasının, eləcə də beynəlxalq təşkilatların iştirakı ilə karbon qiymətləndirilməsi siyasətlərinin uzlaşdırılması və qlobal emissiyalarda payı çox olan ölkələrlə payı az olan ölkələrin sənayelərinin inkişaf templəri nəzərə alınmaqla harmoniya edilmiş, ancaq bərabərləşdirilməmiş karbon vergi qiymətləndirilməsi siyasətinin formalaşdırmasıdır. 
 
"Biz bu prosesdə təbii ki, mütləq qaydada kiçik və orta biznesin maraqlarını gözləməklə, onların inkişaf meyillərinə mane olmamaqla və bu sahədə toplanan vəsaitlərin karbon vergilərinin yenidən biznesə reinvestisiya edilməsi ilə, biznesin inkişafına dövlət dəstəyi tədbirlərini əhatə etməklə iştirak etməyi planlaşdırırıq", - Musayeva deyib. 

Dünyadakı şirkətlərin 90%-dən çoxu kiçik və orta biznesə (KOB) aiddir.  Onlar məşğulluğun 70%-ni və qlobal ÜDM-in 50%-ni təmin edirlər. Kiçik və orta biznesin ətraf mühitə fərdi təsiri nisbətən kiçik olsa da, qlobal miqyasda onlar istixana qazı emissiyalarının 50%-i və biznes sektorunun ümumi inerji istehlakının 30-60%-i onların payına düşür.  Milyonlarla KOB-un yaşıl iqtisadiyyata keçidi iqlim dəyişikliyi ilə qlobal mübarizəyə müsbət töhfə verə bilər.

Azərbaycanda sahibkarların 99,6%-i KOB-a aiddir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti