Yapon dənizində Cənubi Koreyanın Pxoxan şəhəri yaxınlığında balıqçı gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər itkin düşüb.
anews.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Renxap" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, qəzadan sonra xilasedicilər 2 heyət üzvünü sudan çıxarmağa müvəffəq olublar. Lakin onlar xəstəxanaya çatdırıldıqdan sonra ölüblər.
Üçüncü balıqçının axtarışlarına 9 qayıq, Hərbi Dəniz Qüvvələrinin 3 gəmisi, 2 vertolyot və 1 patrul gəmisi cəlb edilib.
İnsidentlə bağlı təhqiqat aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !