Yəmənin cənubundakı "separatçı" Güney Hərəkatı tərəfdarlarının müstəqillik üçün Rusiyadan kömək istədiyi iddia edilib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, strateji liman şəhəri olan Adendə seperatçılar Rusiya konsulluğuna göndərdiyi məktubda "Rusiyadan BMT əsasnamələrinə əsasən xalqların öz müqəddəratını təyin etmə hüququnu nəzərə alaraq cənub problemini təcili olaraq həll etməsini istəyirik", yazılıb.Məktubda Sovet Sosialist Respublikalar Birliyi ilə ABŞ arasında mübarizənin yaşandığı "soyuq müharibə" dövründə Cənubi Yəmənin SSRİ-nin yanında olduğu xatırladılaraq, Rusiya hökumətindən Cənubun Yəmən rejiminin şiddətindən qorunması tələb edildi.Aden şəhərinin Yəməndən ayrılmasını və şəhərin mərkəzi rəhbərlikdən müstəqil olaraq idarə olunmasını istəyənlər bir müddətdir meydanlarda etiraz aksiyaları keçirirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !